Həmas İsraili min mərmi ilə vuracaq
Bizi izləyin

Dünya

Həmas İsraili min mərmi ilə vuracaq

7 gündur, İsrailin Qəzzaya hücumu davam edir.

Axar.az xəbər verir ki, Netanyahu hökumət nümayəndələri ilə görüş keçirərək hücumun davam etdiriləcəyini və bunun nə qədər davam edəcəyini bilmədiyini söyləyib.

ABŞ Dövlət katibi Con Kerri İsrail Baş naziri Netanyahu ilə telefon danışığı aparıb. Kerri Qəzzada atəşkəs əldə edilməsi üçün vasitəçi olmağa hazır olduqlarını bildirib.

Qəzzaya edilən hücuma cavab olaraq Fələstindən və Livandan İsrailə raket zərbələri endirilir. İsrailin Aşkol şəhərində vəziyyətin gərgin olduğu qeyd edilir.

Həmas da internetdə yayımladığı məlumatda bu gün İsrailin Təl-Əviv, Hayfa, Qüds, Aşkalon və Aşdotu 2 mindən çox mərmi ilə vuracaqlarını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm