Bjezinskidən xəbərdarlıq: “Ruslar oyanın…”
Bizi izləyin

Dünya

Bjezinskidən xəbərdarlıq: “Ruslar oyanın…”

O, hələ 2013-cü ilin dekabr ayında verdiyi proqnozlarında Ukraynada baş verən hadisələrin gələcəkdə ciddi geosiyasi nəticələrə gətirib çıxaracağını bildirmişdi. Z.Bjezinski hesab edir ki, Ukraynada olan hazırki hadisələr geridönülməzdir və Ukrayna “əvvəl

ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski Rusiyanın Ukraynada repressiyalara dəstək verəcəyi ilə bağlı xəbərdarlıq edib. Publika.Az –ın verdiyi xəbərə görə, o, bu barədə “Tvitter” səhifəsində yazıb.

Z.Bjezinski bildirib ki, Ukraynadakı repressiyalara Rusiya hakimiyyətinin dəstəyi onun özünü çətin vəziyyətə sala bilər. “Ruslar oyanın! Ukraynada repressiyaların Rusiya tərəfindən dəstəklənməsi sonra Rusiyanın özündə xaosa gətirib çıxaracaq”, - politoloq qeyd edib.

Qeyd edək ki, o, hələ 2013-cü ilin dekabr ayında verdiyi proqnozlarında Ukraynada baş verən hadisələrin gələcəkdə ciddi geosiyasi nəticələrə gətirib çıxaracağını bildirmişdi. Z.Bjezinski hesab edir ki, Ukraynada olan hazırki hadisələr geridönülməzdir və Ukrayna “əvvəl ya axır” demokratik Avropanın bir hissəsinə çevriləcək.

Bjezinskinin qiymətləndirməsinə görə, Ukrayna vətənpərvərlik dalğası milli müstəqilliyə sadiqliyin real siyasi dominanta çevrilməsinə işarədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm