BMT-dən tükürpərdən rəqəm
Bizi izləyin

Dünya

BMT-dən tükürpərdən rəqəm

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada baş verən qida israfı barədə hesabatını açıqlayıb. Bu hesabata görə, istehsal olunan hər 3 ərzaqadan biri yeyilmədən zibilliyə atılır. ABŞ-da istehsal olunan yeyinti məhsullarının 40 faizi, Avropada isə hər il 100 milyon ton yeyinti məhsulu yeyilmədən xarab olur. Bu israfın maliyyəti 750 milyard dollardır. Bütün bunlara baxmayaraq dünyada milyardlarla insan aclıq və səfalət içərisində yaşayır.

Yenə də FAO-nun hesabatına görə, tarlalarda əkilən məhsulun 28 faizi zibilliyə atılır. İsraf olunan yeyinti məhsullarının 39 faizi meyvə və tərəvəzdir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi İqtisadi Araşdırmalar Mərkəzinin hesabatına görə, bu ölkədə hər il 141 trilyon kalori israf olunur. Mərkəz, israfın qarşısı alınacağı təqdirdə dünyada ərzaq qiymətlərinin ucuzlaşacağını bildirib.

Hindistan kimi ölkələrdə isə havanın temperaturunun yuxarı olması səbəbindən çox miqdarda meyvə və tərəvəz satışa çıxarılmadan zibillikdəki "yerini" tutur.

Bitkilər sulandığı zaman sərf olunan artıq su 9 milyon insanın gündəlik su tələbatını qarşılayacaq səviyyədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm