Davudoğlu ilə Kerri arasında telefon danışığı olub
Bizi izləyin

Dünya

Davudoğlu ilə Kerri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

ANS PRESS-in xəbərinə görə, danışıq zamanı hər iki ölkənin baş diplomatı Fələstində baş verən son hadisələri müzakirə ediblər.

Məılumata görə, danışıq zamanı hər iki tərəf Qəzzada uzun müddətdir davam edən məhdudiyyətlər səbəbindən yaranmış qeyri-insani həyat şərtləri və hərbi əməliyyatlar nəticəsində xəsarət alaraq ölüm-qalım mübarizəsi aparan fələstinlilər barədəki qayğılarını ifadə ediblər.

Təxminən 20 dəqiqə davam edən telefon danışığı zamanı tərəflər İraq və Krımdakı son vəziyyəti də müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm