Məsud Bərzani Ankaraya gəlir
Bizi izləyin

Dünya

Məsud Bərzani Ankaraya gəlir

Bu gün İraq Kürd Yerli Administrasiyasının (İKYA) baş naziri Məsud Bərzani Türkiyəyə rəsmi səfərə gələcək. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı “Anadolu” agentliyinin İKYA-dakı müxbiri yerli diplomatik mənbələrdən əldə edib.

Məlumata görə, səfərdə Bərzanini baş nazirin müavini Qubad Tələbani, təbii sərvətlər naziri Əşti Həvrami, maliyyə naziri Rebaz Muhamməd və hökumətin məruzəçisi Sefin Dizayi müşayiət edəcək.

Görüş zamanı Ərdoğanla Bərzaninin İraqda İŞİD qalmaqalı, hökumət qurma fəaliyyəti, Türkiyə ilə İKYA arasındakı enerji məsələləri və iraqlı mültəcilərə humanitar yardım mövzularını müzakirə edəcəkləri gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm