Separatçılar Ukraynanın 2 Su-25 qırıcısını vurdu
Bizi izləyin

Dünya

Separatçılar Ukraynanın 2 Su-25 qırıcısını vurdu

Raket Qolmovski qəsəbəsindən buraxılıb, təsadüfən yoldan keçən orta yaşlı kişi həyatını itirib”.

Axar.az xəbər verir ki, bu barədə şəhər separatçılarının rəhbəri İqor Bezler Qorlovka bombardmanı barədə danışarkən “Ria Novosti”yə bildirib.

Şənbə günü baş verən cavab zərbəsinə aydınlıq gətirən Bezler qeyd edib ki, vurduqları Su-25-lərin şəkillərini çəkə bilməyiblər: “Qırıcılardan biri Zayşevo, digəri isə Debalçevo qəsəbəsinə düşdü. Həmin ərazilər Ukrayna Milli Ordusunun nəzarətində olduğundan, vurulan Su-25-lərin şəklini çəkmək mümkün deyil”.

Bezler Ukrayna aviasiyasının Qorlovko və qonşu Qolmovski qəsəbəsini sistemli aviasiya zərbəsinə məruz qoyduğu da bildirib.

Xatırladaq ki, Slavyansk və Kramatorskun Ukrayna ordusunun nəzarətinə keçməsindən sonra hazırda Qorlovka və Dzerjinsk şəhərləri döyüşün qızğın məkanları sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm