• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İhsanoğlu: “Lavaş istəyirsən Mənsur Yavaş”

  • Dünya
  • 14 İyul 2014 09:21
  • 332 Baxış
İhsanoğlu: “Lavaş istəyirsən Mənsur Yavaş”

“Ekmek (çörək) üçün Ekmeleddin” şüarı ilə prezident seçkisinə hazırlaşan Türkiyədə müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğlu bu şüarı tənqid edənlərə cavab verib.

Jurnalistlərdən birinin, “Seçki şüarınızı tənqid edirlər. Sizin bu barədə fikriniz nədir?” sualına İhsanoğlu səviyyəli zarafatın gözəl olduğunu deyib.

“Zarafat gözəl şeydir, elə deyilmi? Bir az da millət əylənməlidir. Məsələn: Ekmek istəyirsən Ekmeleddin, lavaş istəyirsən Mənsur Yavaş(Əvvəl Milliyyətçi Hərəkat, sonra Cümhuriyyət Xalq partiyasının üzvü olmuş siyasətçi), lahmacun istəyirsən Səlahəddin Demirtaş (Demokratik Bölgə partiyasının həmsədri və prezidentliyə namizədi). Çox gözəl şeylərdir bunlar. Mənim də xoşuma gəlir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR