Türkiyə ermənisi:“Ekmələddin İhsanoğlu antierməni mövqelidir, Ərdoğana səs verəcəyik”
Bizi izləyin

Dünya

Türkiyə ermənisi:“Ekmələddin İhsanoğlu antierməni mövqelidir, Ərdoğana səs verəcəyik”

Türkiyədəki ermənilər prezident seçkisində ikinci tur olacağı təqdirdə əvvəlcə BDP sədri Səlahəddin Dəmirtaşa, ikinci turda isə Ərdoğana səs verəcəklər.

Publika.az bildirir ki, bu barədə erməni türkolok Artak Şəkəryan “Tert.am” agentliyinə müsahibəsində deyib: ”Birinci turda kürd namizədə səs verəcəyik. Çünki o, milli azlıqları təmsil edir. Lakin aydındır ki, o, lazım olduğu qədər səs toplaya bilməyəcək. Odur ki, avqustun 24-də, ikinci turda erməni icması Rəcəb Tayyip Ərdoğana səs verəcək. Ekmələddin İhsanoğlu daim antierməni mövqe sərgiləyib. Qarabağda müharibə gedən vaxt o, aşkar surətdə Azərbaycanı dəstəkləyib”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm