Terrorçuların avtomobil karvanı məhv edilib
Bizi izləyin

Dünya

Terrorçuların avtomobil karvanı məhv edilib

Ukraynanın antiterror gücləri bu gecə separatçılara ağır zərbə vurub.

Publika.az-ın verdiyi xəbərə görə, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk terrorçuların xeyli sayda canlı qüvvəsi və içində silah-sursatın olduğu 2 yük avtomobilinin məhv edildiyini bildirib.

Ukrayna hərbçilərinin arasında itkinin olmadığı deyilir.

Hərbi ekspert həmçinin Luqansk aeroportunun mühasirədən çıxarıldığını qeyd edib. “Aeroportun mühasirədən çıxarılmasından sonra terrorçular “Qrad” yaylım atəş sistemi ilə antiterror güclərinin mövqelərinə zərbə endirib. Terrorçular həmçinin antiterror güclərinin Staraya Krasnyanka kəndi yaxınlığındakı blokpostunu atəşə tutub. Onların atəş nöqtəsi məhv edilib”, - D.Tımçuk yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm