• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukrayna ordusunun iki təyyarəsi vuruldu

  • Dünya
  • 14 İyul 2014 11:55
  • 573 Baxış
Ukrayna ordusunun iki təyyarəsi vuruldu

Bazar günü Ukraynanın şərqindəki Qorlovka şəhərində özünümüdafiə dəstələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki SU-25 təyyarəsini vurub.

Publika.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, vurulan təyyarələrdən biri Zaytsevo, digəri isə Debalçevo qəsəbələri yaxınlığında yerə düşüb.

Separatçıların komandiri İqor Bezler deyib ki, təyyarələri zenit pulemyotlarla atəşə tutublar.

Həmçinin separatçıların qırıcı döyüş təyyarəsini ələ keçirmələri və hökumət qüvvələrinin Aleksandrovka ətrafındakı canlı qüvvələrinin havadan atəşə tutulması haqda xəbərlər yayılıb.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR