AKP-çi bələdiyyə sədrinə bombalı hücum – Video
Bizi izləyin

Dünya

AKP-çi bələdiyyə sədrinə bombalı hücum – Video

Baş nazir Ərdoğanın mitinqindən qayıdan Ceylanpınar bələdiyyə sədri Menderes Atilla həm bomba, həm də silah hücumuna məruz qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir R.T.Ərdoğanın Şanlıurfa mitinqindən rayona qayıdan zaman AKP-çi bələdiyyə sədri Menderes Atillaya əvvəlcə bombalı hücum təşkil edilib. Daha sonra da avtomatlardan atəş açılıb.

Sürücüsü və cangüdəni yüngül xəsarət alsa da, Atilla hücumdan zərər çəkmədən qurtulub. Bələdiyyə sədri hücumla əlaqədar bu açıqlamanı verib: “Rayonun girişində dayanan bir avtomobildə partlayış meydana gəlib. İki yaralımız var. Ancaq vəziyyətləri yaxşıdır. Mən bu hücumu PKK-nın etdiyindən şübhələnirəm”.

Xatırladaq ki, 30 mart bələdiyyə seçkisindən sonra AKP-çi bələdiyyə sədri vəzifəni PKK terror təşkilatının siyasi qolu olan BDP-nin bələdiyyə sədrindən təhvil almışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm