Moskva Ukraynaya “nöqtə zərbələri” endirəcək – SOS
Bizi izləyin

Dünya

Moskva Ukraynaya “nöqtə zərbələri” endirəcək – SOS

Moskva Ukrayna ərazisinə “nöqtə zərbələri”nin endirilməsi imkanına baxır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzeti Kremlə yaxın mənbəyə istinadən yazır.

“Bizim səbirimizin sonu var. Amma hər hansı genişmiqyaslı əməliyyatlardan söhbət getmir. Rusiya ərazisinə atəş açılan müəyyən hədəflərə nöqtə zərbələri endiriləcək”, - mənbə bildirb.

Daha əvvəl isə Ukrayna ərazisinə zərbəni vurmaq imkanı barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yevgeni Buşmin danışıb.

Qeyd edək ki, son günlər Rusiya mətbuatında ölkə ərazisinə Ukrayna tərəfindən atəş açıldığı barədə xəbərlər verilir. Rusiya KİV-nin yazdığına görə, Ukraynanın ərazisindən buraxılmış bir raket Rostov vilayətinə düşüb. Hadisə nəticəsində Rusiyanın bir vətəndaşının öldüyü, birinin isə ağır yaralandığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm