Suriyalı uşaqların “müharibə” oyunu – Video
Bizi izləyin

Dünya

Suriyalı uşaqların “müharibə” oyunu – Video

Dörd-yeddi yaş arası uşaqlar Orta Şərqdə baş verən dəhşətləri oyun kimi canlandırırlar.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, Suriyada çəkilən bu videoda ərəbcə danışan uşaqlar əlləri arxadan bağlanmış kimi tutub diz çöküblər. Səhnə İŞİD-in son vaxtlar baxmağa öyrəşdiyimiz edam videolarını xatırladır. Bu zaman səhnəyə silahlı bir nəfər daxil olur. Daha sonra o, uşaqların başına sıra ilə atəş açır. Oyuncaq tapançadan açılan atəş “nəticəsində” uşaqlar özlərini yerə atırlar.

Qısametrajlı videoda yerə yıxılan uşaqların gülüş səsləri gəlsə də, əslində, buradan Orta Şərqin gələcəyinin dəhşətli travma almış nəsillərə qalacağı hiss olunur.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm