Moskva terrorçularla razılaşma əldə edib – Şok iddia
Bizi izləyin

Dünya

Moskva terrorçularla razılaşma əldə edib – Şok iddia

“Rusiya rəhbərliyi Ukraynaya qarşı təcavüzünün formatını kəskin şəkildə dəyişib”.

Publika.az-ın bu barədə “İnformasiya müqaviməti” qrupunun məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Rusiya Ukrayna ərazisinə muzdlular və ağır silahların çatdırılmasını artırıb.

“Terrorçulara çatdırılan ağır texnikanın fərqləndirici xüsusiyyəti odur ki, onların əhəmiyyətli hissəsi Rusiya hərbi qulluqçularından ibarət ekipaj tərəfindən idarə olunur”, - “İnformasiya müqaviməti” qrupunun analitikləri bildirir.

Rusiya ilə terrorçular arasında əldə olunan razılaşmanın şok detalları da məlumatda yer alıb: “Terrorçular Rusiya tərəfi ilə razılaşmanın nəticəsi olaraq son həftə boyunca Ukraynanın sərhəd rayonlarından Rusiya ərazisinə planlı şəkildə artilleriyadan atəş açıb. Bu isə Ukrayna Silahlı Qüvvələrinin ittiham olunması üçün Rusiyanın əlinə əsas verir. Fakt budur ki, Rusiya ərazisinə atəş açıldığı ərazidə antiterror gücləri yoxdur”.

Qeyd edək ki, Moskva Ukrayna ərazisindən açılan atəşlərə cavab verəcəyi barədə xəbərdarlıq edib. Ukrayna ərazisinə zərbəni vurmaq imkanı barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yevgeni Buşmin danışıb.

Kremlə yaxın mənbə isə “Kommersant” qəzetinə Ukrayna ərazisinə “nöqtə zərbələri”nin endirilməsi imkanına baxıldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm