• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kiyev Krım tatarlarını partizan müharibəsinə hazırlayır

  • Dünya
  • 14 İyul 2014 15:59
  • 857 Baxış
Kiyev Krım tatarlarını partizan müharibəsinə hazırlayır

Donetsk və Luqansk vilayətlərində antiterror əməliyyatların keçirildiyi bir vaxtda Kiyev Krımda məxfi şəkildə döyüş hərəkətlərinə hazırlaşmağa başlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə hərbi mənbəyə istinadən Rusiyanın “Nezavisimaya gazeta” nəşri çıxış edib.

Qəzet hesab edir ki, mümkün münaqişəyə NATO, “Sağ sektor” və Krım tatarları cəlb edilə bilər. “Məxfi hazırlıq prosesinə Herson vilayətində başlanılıb. Vilayətə yarımadaya hücum üçün əsas müharibə meydanı kimi baxılır. Artıq 35 yaşa qədər olan kişilərin ümumi səfərbərliyi elan edilib. Eyni zamanda, Krımla sərhəddə qoşun və silahların konsentrasiyası gedir və bu, Ukrayna mediasında “yarımada ilə sərhədin müvəqqəti möhkəmləndirilməsi” kimi təqdim olunur”, - Rusiya Müdafiə Nazirliyindəki məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, Kiyevin məqsədi ölkənin cənub-şərqində aparılan əməliyyatların nəticəsini gözləmədən Krım ərazisində silahlı konfliktə başlamaqdır. Mənbə qeyd edib ki, yerli əhali və Krım tatarlarının münaqişəyə cəlb edilməsi Kiyevin əsas məqsədidir.

Məlum olduğu kimi, Valeriy Qeletey müdafiə naziri vəzifəsinə təyinatından sonra ilk çıxışında Sevastopolda qələbə paradı keçirəcəyinə dair söz verdi. Belə bir planın mövcudluğunun bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov da istisna etməyib. “Mən heç kəsə bunu etməyi məsləhət görməzdim. Bizim milli təhlükəsizlik doktrinasında bu hallarda atılacaq addımlar barədə çox aydın yazılıb”, - deyən Lavrov nüvə silahı işlətməkdən belə çəkinməyəcəyi barədə Kiyev və Qərbi xəbərdarlıq edib.

“Nezavisimaya gazeta” qeyd edir ki, bu xəbərdarlıqlar Kiyev hakimiyyətini qorxutmayıb: “Dünən Ukrayna KİV-ində xəbərlər çıxdı ki, Krımın Qeniçeski rayonunun Strelkovoye kəndi yaxınlığında “Arabatski strelka” adlanan əraziyə “Qrad” yaylım atəş sistemləri yerləşdirib. Hərbi-ekspert, general-leytenant Yuri Netkaçev isə bunun təsadüfi olmadığını bildirib. Çünki kəndin yaxınlığında qazın yataqları və qazpaylayıcı stansiya var. Döyüş əməliyyatlarının başlanması stansiyanın sıradan çıxarılması və yarımadanın enerji təchizatında əhəmiyyətli problemləri yaranması ilə nəticələnə bilər”.

Yuri Netkaçev mümkün döyüş əməliyyatında məhz Herson vilayətinin sakinlərinin iştirak edəcəyi barədə informasiyanı da təsadüf saymır: “Bu günlərdə Krım tatarlarının lideri Mustafa Cəmilov bildirib ki, Ukraynanın Nazirlər Kabineti Ukrayna tərkibində Herson vilayətinin Krım Muxtar Respublikasına birləşdirilməsi planını hazırlayır. Yeni inzibati ərazinin paytaxtının isə Qeniçeski şəhərinin təyin edilməsi nəzərdə tutulur. Mustafa Cəmilovun sözlərinə görə, şəhərin bu statusu Krımın işğaldan azad olunmasına qədər qalacaq. Beləliklə, Herson vilayətindəki bütün ehtiyatda olanlar, həmçinin orada yaşayan Krım tatarları necə olursa-olsun, öz ərazisini azad edəcəklər”.

Hazırda Mustafa Cəmilov, həm də Krım Tatar Məclisinin sədri Refat Çubarovun yarımada ərazisinə girişi qadağan edilib. Krım rəhbərliyi onların Qərb xüsusi xidmət orqanlarına xidmət göstərdiyini, Krımdakı hərəkətlərini isə dağıdıcı hesab edir. “Nezavisimaya gazeta”ya görə, bu məqam Ukrayna hakimiyyətinin əlinə işləyə bilər.

“Mən əminəm ki, Kiyevdəki indiki hakimiyyət Krım tatarlarına yarımadada mümkün silahlı konfliktin əsas amili kimi baxır”, – polkovnik, Hərbi Elmlər Akademiyasının müxbir üzvü Eduard Rodyukov bildirib. Ekspert Krımda Ukrayna qoşununun mümkün hərəkətlərin “Sağ sektor” batalyonları və Krım tatarlarından olan döyüşçülər tərəfindən partizan hərəkətləri ilə dəstəkləməsindən ehtiyat edir. O həmçinin qeyd edib ki, Krımın yalnız hərbi infrastrukturunun möhkəmləndirilməsi ilə belə təhlükəsinin neytrallaşdırılması mümkün deyil: “Əhali ilə, xüsusən Krım tatarlarının aktiv hissəsi ilə ciddi iş aparmaq lazımdır. Bundan başqa, xüsusi xidmət orqanları prosesə genişmiqyaslı qoşulmalıdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR