İki aylıq uşaq uçan divarların altından sağ çıxarıldı (VİDEO)
Bizi izləyin

Dünya

İki aylıq uşaq uçan divarların altından sağ çıxarıldı (VİDEO)

Daxili müharibələrin hər gün daha da şiddətləndiyi Suriyanın Hələb şəhərində iki aylıq uşaq uçan divarların arasından möcüzəvi şəkildə xilas edilib.


ANS PRESS-in məlumatına görə, ölkə prezidenti Bəşər Əsədə məxsus hökumət qüvvələri Hələb şəhərinə havadan zərbələr endiriblər.


Bu zaman ərazidə olan bütün evlər yerlə-yeksan olub.

Uçan evlərdən birinin divarları arasında qalan 2 aylıq bir qız uşağı sağ-salamat xilas edilib.

Bədənindən yüngül xəsarətlər alan qızcığaz ailəsinə təhvil verilib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm