• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İsrail Fələstini tanıyacaq – İddia

  • Dünya
  • 14 İyul 2014 17:37
  • 430 Baxış
İsrail Fələstini tanıyacaq – İddia

İsrailin “Haaretz” qəzetinin redaktoru və Orta Şərq üzrə mütəxəssisi Zvi Barel Qəzzada yaşananları qiymətləndirib.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyənin “Akşam” qəzetinə danışan ekspert belə davam edəcəyi halda İsrailin Fələstini tanıyacağını bildirib.

Onun sözlərinə görə, İsrail hökuməti həll variantlarını əhəmiyyətsiz hesab edir. İsrailli ekspertin fikrincə, ölkəsi Fələstin hökuməti olduğunu qəbul etməli və onunla işləməlidir.

“Əgər İsrail Fələstin hökumətini qəbul etməzsə və həlsizlik müddətini uzadarsa, o halda beynəlxalq arenada yalnız Fələstini dinləməyə başlayacaqlar. Və bu, İsrailin bir zamanlar təşkilat olaraq adlandırdığı Fələstinin dövlət olaraq qəbul edilməsini təmin edəcək”, - “Haaretz” qəzetinin redaktoru bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR