Almaniya yazı makinasına qayıdır
Bizi izləyin

Dünya

Almaniya yazı makinasına qayıdır

Federal Məclis Araşdırma Komissiyası daxili və xarici yazışmalarda casusluqdan qorunmaq üçün yazı makinasından istifadə edəcək.

Publika.az xəbər verir ki, Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) bir agentinin ABŞ-a casusluq etməsi əsası ilə istintaq başladılandan sonra ölkədə rabitə sahəsində təhlükəsizlik tədbirləri artırılıb.

ARD kanalına açıqlama verən BND Araşdırma Komissiyasının sədri Patrik Sensberq yazışmalarda yazı makinasından istifadə edəcəklərini təsdiqləyib və “gizli sənədləri yazmaq üçün yenidən yazı makinasına ehtiyacımız olacaq” deyib.

Sensberq həmçinin “ bununla yanaşı, kilidli e-poçt göndərməyə, kriptolu telefondan istifadə etməyə və adını çəkə bilmədiyim əlaqə vasitələrindən istifadəyə davam edəcəyik” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm