• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Misir prezidenti Ərdoğana görə devrilib”

  • Dünya
  • 14 İyul 2014 19:25
  • 370 Baxış
“Misir prezidenti Ərdoğana görə devrilib”

Mursiyə strateji dəstək verən əsas ölkə Türkiyə olub.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Zaman” qəzetinin yazarı Əli Bulaç çıxış edib.

O, Mürsiyə qarşı çevriliş olmayacağı xəbəri ilə bağlı məhz, onun Türkiyədən olan məsləhətçilərinin məlumat verdiyini deyib:

“Mürsi ordu ilə qarşı-qarşıya gələrkən ona “iradəli ol qalib gələcəksən” məsləhəti verildi. O isə Türkiyədən olan məsləhətçilərinin sözünə qulaq asaraq, ordunun üstünə getdi. Yəni Ərdoğanın adamlarının istəyinə uyğun olaraq hərəkət etdi. Buna görə də tezliklə hakimiyyətdən devrildi. “Müsəlman qardaşları” məhz Türkiyə modelində dövlət qurmaq istəyirdi. Ona qarşı çevriliş olmayacağını bircə Türkiyə deyirdi. Səudiyyə Ərəbistanı və İran kəşfiyyatı isə artıq mərkəzi hökumətlərinə Qahirədə çevrilişin olacağı barədə xəbər vermişdilər”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR