Rus zabitləri Ukraynada
Bizi izləyin

Dünya

Rus zabitləri Ukraynada

"Rusiyanın müasir raket sistemləri hökumət qoşunlarına qarşı istifadə olunur".

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Petro Poroşenko Rusiya zabitlərinin Ukraynada vuruşduğunu bildirib.

Poroshenko iyulun 14-də təhlükəsizlik rəhbərləri ilə fövqəladə iclasda deyib: “Rusiyanın qərargah zabitlərinin Ukrayna hərbçilərinə qarşı hərbi əməliyyatda iştirakı informasiyası təsdiq olunur”.

Poroşenkonun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın müasir raket sistemlərinin atəşi altındadır və ordu öz taktikasını dəyişir.

Ukraynanın Milli və Təhlükəsizlik Şurasının sözçüsü Andrey Lısenko isə deyib ki, son 24 saatda sərhəd böyu Sumı və Luqansk keçid məntəqələrində Rusiyanın hərbi birləşmələrinin və hərbi texnikanın cəmləşməsi müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm