İŞİD daha bir qəsəbəni aldı
Bizi izləyin

Dünya

İŞİD daha bir qəsəbəni aldı

İraq və Şam İslam Dövləti qruplaşması İraqda daha bir qəsəbəni ələ keçirib. Qəsəbə uğrunda gedən döyüşlərdə 8 İraq polisi ölüb.

Məlumata görə, terrorçu qruplaşma İraqın Salahaddin vilayətinin Ed-Duluiyyə qəsəbəsində nəzarəti ələ alıb.

Məlumata görə, İŞİD silahlıları dünən bütün günboyu qəsəbəyə hücum edib. Qəsəbə uğrunda gedən döyüşlərdə 8 İraq polisi ölüb, 7 polis olmaqla 16 nəfər yaralanıb.

Yerli əhali İraq ordusunu qəsəbənin müdafiəsinə kömək etməməkdə qınayıb.

Qeyd edək ki, İŞİD İraqın Mosul, Tikrit, Baxibə və Telafer şəhərlərini ələ alıb. Qarşıdurmalar nəticəsində 1 milyon insan qaçqın vəziyyətinə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm