Sərkisyanın yeni ləqəbi: “Kök”
Bizi izləyin

Dünya

Sərkisyanın yeni ləqəbi: “Kök”

Cənubi Koreyanın aparıcı klinikalarından birində cavanlaşma proseduru keçən Ermənistan prezidenti Serj Sərkisyana ölkəsinin ictimai-siyasi dairələri yeni ləqəb qoyub.

“Axar.az” erməni mediasına istinadən bildirir ki, belə ləqəb ona qış mövsümündə kök hüceyrələrinin köcürülməsindən sonra verilib. Hətta maraqlı hadisə baş verib: məmurlardan birinin jurnalistlərin suallarına cavabında “gözləyirlər ki, Kök göstəriş versin, sonra yerinə yetirsinlər”,- ifadəsi media nümayəndələrini əməllicə çaş-baş salıb. Əvvəl məsələnin mahiyətini anlamayan müxbirlər sonradan söhbətin Sərkisyanın yeni ləqəbindən getdiyini başa düşüblər. Bu da gülüşə səbəb olub.

Kök hüceyrələri sümük iliyinin tərkibində olur. Onun onurğa sümüyünə köçürülməsi nəticəsində yeni qan hüceyrələri əmələ gəlir. Bu, funksionallığı artırır, bədənin gəncləşməsini stimullaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm