Dünya
Nazir istefa verdi
İngiltərə xarici işlər naziri Uilyam
Heyq vəzifəsindən ayrıldığını bildirib.
ANS PRESS-in məlumatına görə, İngiltərə
Mühafizəkar partiyasının üzvü olan Heyq parlamentin aşağı
palatasına rəhbərlik etməklə, bu axşam 4 ildir davam etdirdiyi
Xarici İşlər Nazirliyi vəzifəsindən istefa verib. Bu barədə o,
"Twitter" hesabında məlumat yayıb.
53 yaşılı Heyq həmçinin, gələn il may ayında
keçiriləcək seçkilərdə millət vəkili namizədi olmayacağını
açıqlayıb.
26 illik deputat fəaliyyəti olan Heyq 1997-2001-ci
illərdə həmin dövrün əsas müxalifət partiyası olan Mühafizəkar
partiyasının sədri olub.
Qeyd edək ki, İngiltərə baş naziri Devid Kameron
nazirlər kabinetində bəzi dəyişikliklər edir.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər