İsrail televiziyası xaker hücumuna məruz qaldı
Bizi izləyin

Dünya

İsrail televiziyası xaker hücumuna məruz qaldı

Həmasa bağlı "Əl-Qəssam" briqadası İsrail televiziyasına xaker hücumu edib.

Axar.az xəbər verir ki, "Əl-Qəssam" birliyi İsrail daxilində də çaxnaşma yaratmaq üçün bu ölkənin "Kanal - 2" televiziyasına hücum edib. Bir proqram əsnasında Həmasın hazırladığı video canlı yayımda göstərilməyə başlayıb.

Mücahidlərin hazırladığı videoda, "Uşaqlarınız bizim uşaqlardan daha dəyərli deyil. Və uşaqlarımızın axan qanları üçün İsraili bombalayan mərmilərimizi işə salacağıq. İqtidarınızın axmaqlığı Aşkolu, Biru Sebi, Aşodu, Letsiyonu, Nas Destinayı, Təl-Əvivi, Əl-Hudeyrayı, Hayfanı atəş altında qoydu. İsrailin hər yeri atəş altında", yazıları qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm