Multikulturalizmin Azərbaycan modeli
Bizi izləyin

Dünya

Multikulturalizmin Azərbaycan modeli

"Multikulturalizmin Azərbaycan modeli” Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün Bakıya gəlmiş xarici ölkələrin gənclər təşkilatlarının təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olublar.

Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda sülh şəraitində müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu birgə yaşadığını bildirib, ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini qeyd edib. O, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Bildirilib ki, 2007-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Şura dövlətlə ictimai sektor arasında körpü rolunu oynayır. Şuranın fəaliyyəti dövründə 2500-ə yaxın QHT layihəsi maliyyələşdirilib. 2013-cü ildən etibarən Şura xarici QHT-lər üçün də qrant proqramı həyata keçirir.

Ölkəmizdə tolerant, multikultural mühitin hökm sürdüyünü vurğulayan qonaqlar deyiblər ki, Azərbaycan bu sahədə dünyaya örnəkdir. 13 dövləti təmsil edən gənclər Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi işləri və Şuranın bu sahədəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm