• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezident gələcəyə dair siqnal verdi

  • Dünya
  • 15 İyul 2014 08:48
  • 395 Baxış
Prezident gələcəyə dair siqnal verdi

“7 illik vəzifəm sona çatdı. Mən hələ uşaqlıqdan indiyə kimi vətən və millət məsələləri ilə maraqlanmışam. Şübhəsiz ki, bundan sonra da millətimə xidmət etməyə davam edəcəyəm”.

ANS PRESS-in xəbərinə görə, Türkiyə prezidenti Abdullah Gül avqust ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar şərhində bu cür ifadələr işlədib. Vida xarakterli çıxışında Gül bildirib ki, vətəndaşın öz millətinə xidmət etməsi təkcə dövlət başçısı vəzifəsi ilə deyil, müxtəlif yollarla mümkündür.

“Millətimizi qucaqlamaq üçün əlimdən gələn hər şeyi etdim. Hətta 2007-ci ildə belə, “amandır, bu, prezident olmasın” deyə küçələrə axın edənlərdən də üz çevirmədim, qapımı açıq saxladım. Hamısı sonda yenə də prezidentin qapısına gəldi. Dövlətimizi və millətimizi bir-birinə yaxınlaşdıra bildik. Millətə xidmət etmənin bir çox yolu vardır və bunu yaşayaraq birlikdə görəcəyik”.

Gül çıxışı zamanı növbəti hökumətə öz fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR