Metroda faciə: 19 ölü, 200 yaralı - FOTO - VİDEO (YENİLƏNİB 3)
Bizi izləyin

Dünya

Metroda faciə: 19 ölü, 200 yaralı - FOTO - VİDEO (YENİLƏNİB 3)

Moskva metrosunda baş vermiş qəzada ölənlərin sayı 19-a çatıb. 200 sərnişin xəsarət alıb. Hazırda altı nəfərin meyidi vaqonda qalıb. Xilasedicilər onları çıxarmağa çalışır.

14:22

Moskva metrosunda baş vermiş qəzada ölənlərin sayı 12-yə çatıb.

Publika.az Vesti.ru-ya istinadən xəbər verir ki, artıq metroda xilasetmə işləri başa çatıb. 100-dən çox insanın yaralandığı bildirilir.

12:22

Moskva metrosunun “Slavyanskıy bulvar”stansiyasında baş vermiş qəza ilə əlaqədar evakuasiya olunan sərnişinlərin sayı 200-ə çatıb. Artıq Moskva meri də hadisə yerindədir. Moskva prokurorluğu baş vrmiş faktla bağlı cinayət işi başlayıb.

11:39

Son məlumata görə, faciə nəticəsində 3 nəfər ölüb, 70-ə yaxın sərnişin xəsarət alıb. 15 nəfərin vaqonun içində qaldığı bildirilir. Onların evakuasiyası üçün xüsusi briqada çağırılıb.

Ümumilikdə, tuneldən 189 nəfər çıxarılıb. Yaralıların xəstəxanaya çatdırılması üçün helikopterlər cəlb olunub.

11:20

Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində metroda dəhşətli faciə baş verib.

ANS PRESS-in məlumatına görə, metronun “Slavyanskıy bulvar”stansiyasında qatar relsdən çıxıb.


Baş verən qəzada 50 nəfərdən çox insan xəsarət alıb. Məlumat daxil olan kimi hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilər və hüquq-mühafizə orqanları cəlb olunub.


Qeyd edək ki, qəzaya uğrayan qarat “Kiyevski” - “Molodyojnaya” stansiyası istiqamətində hərəkət edirmiş. Məlumat daxil olan kimi polis “Slavyan bulvarı” stansiyası ətrafını mühasirəyə alıb. Qəzadan sonra həmin istiqamətlərdə metronun faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də, “Kiyevski” - “Molodyojnaya“ stansiyası istiqamətində 66 avtobus xidmət göstərir.


Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyəti olduqca ağırdı. Onların həyatda qalmalarına ümid olduqca azdır.


Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm