Sabiq prezident Qərbi Kiyevə qarşı sanksiyalar tətbiq etməyə çağırdı
Bizi izləyin

Dünya

Sabiq prezident Qərbi Kiyevə qarşı sanksiyalar tətbiq etməyə çağırdı

Ölkədə yüz minlərlə etirazçı ilə Yanukoviç rejiminin polisi arasındakı bölücü xətt iki ideologiya, dünyaya iki baxış və iki həyati seçim arasındadır: müstəqil Qərb demokratiyası və Vladimir Putinin Rusiyası. Prezident Putin son illər Birləşmiş Ştatlar və

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynadakı etirazlarla bağlı yazısını “The Wall Street Journal” qəzetində dərc edib.Publika.Az –ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, yazıda noyabrda başlayan və son günlər zorakı gərginlik yaradan etirazların XXI əsrdə ilk geosiyasi inqilab olduğu qeyd olunub.

“Ölkədə yüz minlərlə etirazçı ilə Yanukoviç rejiminin polisi arasındakı bölücü xətt iki ideologiya, dünyaya iki baxış və iki həyati seçim arasındadır: müstəqil Qərb demokratiyası və Vladimir Putinin Rusiyası. Prezident Putin son illər Birləşmiş Ştatlar və Avropanın digər yerlərdəki böhrandan cəsarətlənib. Ermənistan və Gürcüstan siyasətindəki uğurları onu ürəkləndirib. O, Qərbi post-sovet məkanından sıxışdırıb çıxardığına inanmışdı”, -Gürcüstanın keçmiş prezidenti yazır.

M.Saakaşvili etirazçıların qələbəsinin Vladimir Putinin Rusiya imperiyasını bərpa etmək arzusunun sonunu gətirəcəyini bildirir:“Onların məğlubiyyəti Avropanın nüfuzu və dəyərlərindən geri çəkilmək demək olar. ABŞ-ın regionda zəifləyən etibarlılığı yoxa çıxar. Cənab Putin bunu bilir. Cəsur ukraynalılar da bundan xəbərdardır”.

Gürcüstanın keçmiş prezidenti məhz bu səbəbdən 2004-cü il “Narıncı İnqilab”dan fərqli olaraq bu dəfə küçələrdə qan töküldüyünü yazır. Müəllif demokratik dünyanın Ukraynanı bu soyuqda tək qoymamağa çağırır. “Təkcə sözlər yetərli deyil. ABŞ və AB Ukrayna rəhbərliyinə və onları dəstəkləyən oliqarxlara sanksiyalar tətbiq etməlidir. Bu hücumlara görə onlar cavabdehlik daşıyır. Bu sanksiyalara viza qadağaları, bank hesablarının dondurulması daxil ola bilər”, - M.Saakaşvili qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm