Mundial qurbanları: ər alman, arvad argentinalı olarsa - FOTO
Bizi izləyin

Dünya

Mundial qurbanları: ər alman, arvad argentinalı olarsa - FOTO

Beynəlmiləl ailələrdə dava-dalaş adi ailələrə nisbətən daha çox olur. Bu da anlaşılandır. Mentaliteti, dil fərqi.

1990-cı ildə argentinalı xanımla ailə həyatı quran almaniyalı Yurgen Birhof düşünməzdi ki, Braziliyada keçirilən futbol üzrə son dünya çempionatı onların 24 illik sakit ailə həyatlarına bu cür təsir edəcək. Xüsusən də final oyununda Almaniya-Argentina qarşılaşması ər-arvad arasında narazılığa səbəb olub.

Oyunu hərəsi öz otağında izləyib. Yurgenin otağında Almaniya, arvadının otağının pəncərəsində isə Argentina bayrağı sallanıb.

Almaniyanın qol vurmasını Yurgen böyük sevinclə qarşılayıb. O, hisslərini çığırtılarla ifadə etdikcə arvadı daha da əsəbiləşib.

Çempionat bitsə də, arvadı Yurgenlə hələ də barışmayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm