Müharibə başladı: Rusiya aviasiyasi Ukraynaya zərbələr endirib
Bizi izləyin

Dünya

Müharibə başladı: Rusiya aviasiyasi Ukraynaya zərbələr endirib

Rusiya aviasiyası Donetsk vilayətinin şərqindəki Snejnom şəhərinə zərbələr endirib.

Ən son məlumata görə, 4 dinc sakin ölüb, bir o qədəri yaralanıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspertin sözlərinə görə, aviasiya zərbələri nəticəsində mülki obyektlər dağıdılıb. D.Tımçuk dinc əhali arasında qurbanların olduğunu qeyd edib.

Qeyd edək ki, rəsmi Kiyev “Tornado-Q” reaktiv atəş sistemlərinin Ukraynaya Rusiya ərazisindən atəş açıldığını bildirib.

“Ukraynanın hərbi ekspertləri aydın görür ki, “Qrad” yaylım atəş sistemindən atəş açılmayıb. Bu, 2010-cu ildə Rusiya Silahlı Qüvvələrinin silah arselanına daxil edilən “Tornado-Q” reaktiv atəş sistemidir. Antiterror güclərinin mövqelərinə atılanlar məhz “Tornado-Q”nin reaktiv raketləridir”, - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm