Separatçılar Ukrayna üçün dua oxuyan kilsə xadimlərini güllələyir
Bizi izləyin

Dünya

Separatçılar Ukrayna üçün dua oxuyan kilsə xadimlərini güllələyir

Donetski separatçılardan təmizləyən ukraynalı hərbçilər iki din xadiminin basdırıldığı məzarı tapıblar.

Publika.az Ukrayna mətbuatına istinadən məlimat verir ki, separatçılar bu din xadimlərini ukraynalı hərbçilərə kömək etdikləri üçün işgəncə verərək öldürüblər. Məzarda həmçinin din xadimlərindən birinin iki oğlunun da meyiti aşklarlanıb.

Bu, Ukraynada din xadimlərinə separatçılar tərəfdən edilən ilk vəhşilik deyil. Bu yaxınlarda Donetskdə Ukrayna Pravoslav Kilsəsinin yüksək çinli dini xadimi Yuriy İvanov oğurlanıb.

Həmçinin xütbələrində Ukrayna üçün dualar oxuyan Roma katolik kilsəsinin xadimi Segey Kulbaka da yoxa çıxıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm