Misirin sülh təklifinə HƏMAS cavab verdi, amma…
Bizi izləyin

Dünya

Misirin sülh təklifinə HƏMAS cavab verdi, amma…

HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” Misirin atəşkəs təklifinə raket zərbələri ilə cavab verib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, silahlı təşkilat İsrailin Hayfa şəhərinə raket zərbələri endirib.

Qeyd edək ki, İsrail hökuməti Misirin atəşkəs təklifini qəbul edib. Atəşkəsi qəbul etməyəcəyini açıqlayan Həmas isə hərtərəfli bir müqavilə istəyir.

Məsələ ilə əlaqədar HƏMAS-ın silahlı qanadı “Mətbuatda gördüyümüz atəşkəs xəbərləri məsələsində heç kim bizə rəsmi və ya qeyri-rəsmi bir təklif irəli sürməyib. Amma təklif doğrudursa, bu, diz çökmək və təslim olmaq mənası verir ki, biz bunu qətiyyən qəbul etmirik”, - deyib.

Təl-Əvivdən adını açıqlamayan rəsmi mənbə isə HƏMAS-ın atəşkəs şərtlərinə əməl etməyəcəyi və raket zərbələrinə son qoymayacağı halda, İsrail Qəzzada başladığı hərbi əməliyyatı genişləndirəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm