“Qraparak”: “ABŞ üçün Qarabağla bağlı bu variant tamamilə yolverilməzdir”
Bizi izləyin

Dünya

“Qraparak”: “ABŞ üçün Qarabağla bağlı bu variant tamamilə yolverilməzdir”

“ABŞ Azərbaycanla Rusiyanın ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək fikrinə düşə biləcəyindən qorxur”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni qəzeti “Qraparak” bu ayın sonunda Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünü şərh edərkən yazıb.

Erməni nəşri qeyd edir ki, Rusiyadan fərqli olaraq, Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Fransa iyulun sonunda Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün baş tutmasına çalışır.

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə təklif Fransa prezidenti Fransua Ollanddan gəlib. Amma ABŞ Azərbaycan və Rusiyanın ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək fikrinə düşə biləcəyindən qorxur. Vaşinqton tərəflərdən birinin, xüsusi olaraq Azərbaycanın Ukrayna hadisələrindən sonra Madrid prinsiplərindən imtina edərək danışıqlar stolundan çəkilə biləcəyindən ehtiyat edir. ABŞ-ın əsas hədəfi tərəflərin üzərinə götürdüyü öhdəlikləri onlara xatırlatmaqdır”, - “Qraparak” yazır.

Erməni qəzetinin mənbələri ABŞ-ın vasitəçilik formatının dəyişdirilməsi ehtimalından başqa Rusiyanın münaqişə bölgəsində sülhməramlıları yerləşdirmək niyyəti barədə informasiyalardan narahat olduğunu bildirib: “Nəticədə, gürcü ərazilərindəki vəziyyət yarana bilər. ABŞ-da bu variantı tamamilə yolverilməz hesab edirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm