Ərdoğanın qızı doğulmamışdan əvvəl atasına “məktub yazıb”
Bizi izləyin

Dünya

Ərdoğanın qızı doğulmamışdan əvvəl atasına “məktub yazıb”

Kamal Kılıçdaroğlu Ərdoğanın bir müsahibəsini xatırladıb.

Publika.az “odatv”yə istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısında baş nazir R.T.Ərdoğanın bir müsahibəsini xatırladıb.

Kılıçdaroğlu baş nazir müsahibədə Ərdoğanın 1970-ci illərdən bəhs etdiyini deyib. Guya, həmin illərdə Ərdoğanın böyük qızı Əsra bir gün gecə yatmazdan əvvəl atasına məktub yazıb və xahiş edib: “Atacan, bir gecəni də bizə ayır”.

Amma Kılıçdaroğlu baş nazirin böyük qızının 1983-cü il təvəllüdlü olduğunu bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm