İsrail Qəzzaya yenidən hücum etdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

İsrail Qəzzaya yenidən hücum etdi – SON DƏQİQƏ

İsrail ordusu 6 saat fasilə verdiyi hücumlara yenidən başlayıb.

Publika.az “haber7”yə istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü podpolkovnik Peter Lerner əməliyyatlara yenidən başladıqlarını qeyd edib. Bu, Misirin atəşkəs təklifini qəbul etdikdən sonra İsrailin ilk hücumudur. İsrail həmçinin Həması atəşkəsə əməl etməyəcəyi təqdirdə hücumları daha da gücləndirəcəyinə dair təhdid etmişdi.

Xatırladaq ki, İsrail hökuməti Misirin atəşkəs təklifi ilə razılaşıb. Atəşkəsi qəbul etməyəcəyini açıqlayan Həmas isə hərtərəfli bir müqavilə tələb edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm