AB Ankaraya qapılarını bağladı
Bizi izləyin

Dünya

AB Ankaraya qapılarını bağladı

Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük istəkləri ən azından yaxın 5 il ərzində baş tutmayacaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının yeni sədri, Lüksemburqun keçmiş baş naziri Jan-Klod Yunker qurumun qapılarını genişlənməyə bağlayacağını deyib.

Jan-Klod Yunker Avropa Parlamentində keçirilən səsvermədə 250 səs əleyhinə, 422 səs lehinə olmaqla Avropa Komissiyasının yeni sədri seçilib. Yeni sədr gələcək 5 il üçün qurumun genişlənməsinə qarşı olduğunu və bu dövrdə Aİ-yə yeni üzv qəbul edilməyəcəyini deyib.

Jan-Klod Yunkerin bu mövqeyini tənqid edən ilk şəxs isə İsveç xarici işlər naziri Karl Bildt olub. “Gələcək 5 ildə Avropa İttifaqının qapılarını yeni üzvlərin üzünə bağlamaq səhvdir. Əgər İslandiya qərarını yenidən dəyişdirsə, qapımız onlara açıq olmalıdır”, - İsveç xarici işlər naziri bildirib.

Avropa Komissiyasının yeni sədrinin bu mövqeyi ilk növbədə rəsmi Ankaranı narahat edən mövqe kimi qiymətləndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm