Ukrayna helikopterləri havaya qalxdı
Bizi izləyin

Dünya

Ukrayna helikopterləri havaya qalxdı

Ukraynanın Dnepropetrovsk şəhəri üzərində hərbi helikopterlər uçub.

ANS PRESS-in məlumatına görə, şəhər və çay üzərində üçan helikopterlərin Ukraynaya məxsus olduğu bildirilir. Belə ki, təyyarələrin üzərində Ukrayna simvolları və lisenziyası olub.

Bu arada Rusiya təyyarəsi yenidən Ukraynanın hava sərhədlərini pozub.

Ukrayna Milli Təhlükəsizlik Şurasında vertolyotların havaya qaldırılmasının Rusiya təyyarəsinin dövlət sərhədlərini pozması ilə əlaqədar olmadığını bildiriblər.

Sosial şəbəkələrdə Dnepropetrovskda Ukrayna əleyhinə mitinqlərin keçirildiyi barədə xəbərlər yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm