ABŞ-dan İsrailə rekord yardım
Bizi izləyin

Dünya

ABŞ-dan İsrailə rekord yardım

ABŞ-ın İsrailə etdiyi maddi yardımın miqdarı açıqlanıb.

Axar.az xəbər verir ki, son 65 ildə ABŞ İsrailə 121 milyard dollar həcmində maddi yardım edib.

Vaşinqtonun Tel-Əvivə maddi yardımı II Dünya Müharibəsindən sonra başlayıb. ABŞ Konqresinin hesabatlarına görə, xarici ölkələrə edilən maddi yardımın əsas hissəsi İsrailə gedir.

Yardımlar daha çox hərbi dəstək şəklində olub. Digər ölkələrə hissə-hissə verilən maliyyə yardımı İsrailə il bitmədən ödənilir.

Hərbi yardım raket sistemlərinin araşdırılması, inkişaf etdirilməsi və istehsal edilməsi məqsədi ilə istifadə olunur. Hazırda ABŞ-ın “Havk” və “Patriot” raket müdafiə sistemləri İsrailin təhlükəsizliyi üçün istifadə edilir.

1990-cı ildən bu yana isə ABŞ-ın Fələstinə etdiyi maddi yardımın həcmi cəmi 5 milyard dollar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm