Ukraynanın 258 hərbçisi həlak olub
Bizi izləyin

Dünya

Ukraynanın 258 hərbçisi həlak olub

Ukrayna rəsmiləri terrorçuluğa qarşı əməliyyatlar zamani Ukrayna hökümət qüvvələrinin son itkiləri barədə məlumatlar yayıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna güc qüvvələrinin terrorçuluğa qarşı əməliyyatlar zamanı 258 qulluqçusu həlak olub.

Hadisələr zamanı 922 hərbçi yaralanıb, həmçinin hazırda əsirlikdə 45 nəfər qalır. Bu haqda Anti Terror Qüvvələrinin informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.

"Anti Terror Qüvvələrinin indiyədək keçirdiyi bütün əməliyyatlar ərzində 258 hərbi qulluqçu həlak olub, 922-si yaralanıb. Bu gün əsirlikdə bizim 45 hərbi qulluqçumuz var. Bunların sırasına vurulmuş AN-26 təyyarəsinin iki pilotu da daxildir", - deyə Andrey Lısenko əlavə edib.

Xatırladaq ki, daha öncə Anti Terror Qüvvələrinin qərargahından Luqansk ərazisində vurulmuş AN-26 hərbi-nəqliyyat təyyarəsinin ekipaj üzvlərindən ikisinin əsirlikdə olduğu, digər iki nəfərin taleyi haqda məlumat olmadığı barədə məlumat vermişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm