• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezidentlə görüşdən imtina etdilər

  • Dünya
  • 15 İyul 2014 23:45
  • 481 Baxış
Prezidentlə görüşdən imtina etdilər

Nigeriyada qızları terrorçular tərəfindən oğurlanan bəzi valideynlər ölkə prezidenti Qudlak Conatanla görüşdən imtina etməyə qərar verib.

ANS PRESS-in məlumatına görə, bu görüş prezident və valideynlər arasında ölkənin şimalında Çibok şəhərində 200-dən çox məktəbli qızın "Boko Haram" qruplaşması tərəfindən oğurlanmasından sonra ilk görüş olmalıydı.

Prezident Qudlak Conatan bildirib ki, valideynlərlə və əsirlikdən qaçmağı bacarmış beş qızla görüşün ləğvi üçün məsuliyyət "Bizim qızlarımızı qaytarın" ictimai hərəkatının üzərinə düşür.

Onlar oğurlanmış məktəbli qızların azad olunması üçün özbaşına çalışmaq fikrindədirlər.

Prezidentin sözlərinə görə, hərəkətin fəalları öz əməllərinə görə utanmalı və xəcalət hissi keçirməlidirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR