Deputat yanmış "Quran"la Məclisə gəldi
Bizi izləyin

Dünya

Deputat yanmış "Quran"la Məclisə gəldi

CHP-dən olan millət vəkili Ali Özgündüz İstanbulda şiələrin məscidinə edilən terror hücumunda yanmış "Quran"ı Böyük Millət Məclisinə gətirərək həmkarlarına göstərib.

ANS PRESS-in məlumatına görə, deputat məclisdə İŞİD, "Əl-Nusra" terror təşkilatlarının Türkiyə gənclərini Suriyada döyüşə aparmasına dair araşdırma tələb edib:

"Bu "İŞİD" deyilən baş bəlasıdır. İslamla, insanlıqla əlaqəsi olmayan terror təşkilatının təəssüf ki, ölkəmizdə də əlaqələri ortaya çıxdı. Bu səbəblə TBMM bu mövzunu mütləq araşdırmalıdır. Esenyurtda bir ay əvvəl bir məscidimizə təxribat etdilər. Biz təxribat olmasın deyə, bunu gündəmə gətirmədik. Keçən həftə yenə adında Məhəmməd olan məscidə girib, yandırdılar. Məscidin içində bu mübarək "Quranı- Kərimi" yandırdılar. Siz nə üçün mübarizə edirsiniz? Ramazan günündə "Quranı-Kərim"i yandıranlara Allah lənət eləsin. Allahdan qorxun. "Məscidə ayaqqabı ilə girdilər" deyə ortalığı qarışdıran, "İçki içdilər" yalanını uyduran kəslər bunu belə qınamırlar. Nəyi qınayacaqsınız, yoldaşlar?".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm