Obama: “Rusiyanı sizsiz də cəzalandıracam”
Bizi izləyin

Dünya

Obama: “Rusiyanı sizsiz də cəzalandıracam”

İyulun 15-də Ağ Evdə Avropa Birliyinə üzv ölkələrin səfirləri ilə toplantı keçiriən ABŞ Prezidenti Barak Obama müttəfiqlərini Rusiyaya qarşı sanksiyaların verilməsində qərarlı olmağa çağırıb.

Axar.az xəbər verir ki, 8 üzv ölkənin qadağalar məsələsində ABŞ-la birgə addım atmamaq istəyi Obamanı əsəbiləşdirib. Onun sözlərinə görə, əgər Köhnə Dünya bu məsələdə qətilik göstərməsə belə, rəsmi Vaşinqton təklikdə Rusiyanı cəzalandıracaq. Obama qeyd edib ki, artıq yeni sanksiyalarla bağlı layihə hazırdır və gələn həftədən qadağalara start veriləcək.

Xatırladaq ki, Rusiya media mənsubları Avropa Birliyinə üzv ölkələrdən 8-nin Rusiayaya qarşı sanksiyalarda yer almayacaqlarını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm