Mursidən Qəzzaya dəstək
Bizi izləyin

Dünya

Mursidən Qəzzaya dəstək

Devrilmiş Misir prezidenti Mursini dəmir barmaqlıqlar arasından Qəzzaya dəstək görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, ölkənin hərbi xunta rejimi tərəfindən devrilən Məhəmməd Mursi Qahirədəki polis akademiyasında keçirilən məhkəmə prosesində son günlərdə yenidən alovlanan İsrail-Fələstinə qarşıdurmasında Qəzzaya dəstəyini dəstəyini göstərib.

O, xunta məhkəməsində "Ləbbeyk ya Qəzza" (Səninləyik, Qəzza) şüarı səsləndirərək, "Rabia" işarəsi göstərib. Mursi ilə birlikdə eyni iddia ilə ittiham olunan 131 nəfər "Müsəlman qardaşlar" da ona qoşulub.

Qeyd edək ki, İsrail Qəzza zolağında Misirin atəşkəs təklifinə razılıq verib. Bu barədə qərar ötən gün səhər saatlarında qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm