Şimon Peres sülhdən danışdı
Bizi izləyin

Dünya

Şimon Peres sülhdən danışdı

İsrail prezidenti Şimon Peras keçən həftənin əvvəlində yenidən aktivləşən İsrail-Fələstin münaqişəsi ilə bağlı atəşkəs və sülh zərurətindən danışıb.

ANS PRESS-in məlumatına görə, İsrail prezidenti Şimon Peres Həmasa atəşkəsi qəbul edib sülh prosesinə döğru hərəkət etmək tövsiyyəsi verib.

Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü.

Keçən bazar ertəsindən artan gərginlik və İsrailin hücum əməliyyatı bu günə kimi davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm