Dünya
Ordumuzun reytinqi
“Global Firepower Index” reytinqində (globalfirepower.com) Azərbaycan ordusu 50-ci yerdə qərar tutub. ANS PRESS-in məlumatına görə, reytinqinqdə qeyd edilib ki, Azərbaycan ordusunun yüz minlərlə rezerv qüvvəsi mövcuddur.
Ordunun gücü iqtisadi gücdən də asılı olduğu üçün reytinqdə Azərbaycan Respublikasının iqtisadi rəqəmlərinə görə də ordu bal toplayır. Reytinqdə qeyd olunur ki, yeni texnologiyaların istifadəsinə baxmayaraq neft müharibə zamanı hələ də ordunun qanı rolunu itirməyib.
Belə ki, reytinqdə qeyd olunan günlük 932 min
barrel neft hasilatı, 98 min barrel neft tələbatı, isbat olunmuş 7
milyard barrel neft ehtiyyatı ordunun ballarına əlavə olunur.
Reytinqdə Azərbaycan respublikasının müdafiə büdcəsi: $ 3.185
milyard, xarici borc: $ 9.11 milyard, xarici valyuta və qızıl
ehtiyatları: $ 11 milyard 280 milyon, alıcılıq qabiliyyəti
pariteti: $ 98 milyard 360 milyon kimi rəqəmlərlə qeyd
edilib.
Sırf ordu qüvvələrinin rəqəmlərinə gəldikdə isə
reytinqə görə 544 tank, 1 864 Zirehli döyüş nəqliyyat vasitələri,
180 özüyeriyən silahlar, 384 artileriya, 266 reaktiv artileriya
sistemi Azərbaycan ordusunun balansındadır.
Reytinqdə qeyd edilən hava və dəniz qüvvələrinin
rəqəmləri də qürurvericidir. Belə ki, 125 qırıcı təyyarə, 18 sabit
hücum təyyarəsi, 54 nəqliyyat təyyarəsi, 19 təlim təyyarəsi, 79
helikopter, 18 hücum helikopteri hava qüvvələrinə
aiddir.
Beynəlxalq təşkilatın mütəxəssislərinin qeyd
etdiyinə görə ölkəmizin hərbi dəniz qüvvələri təyyarə daşiyan
gəmilərdən başqa bütün növ hərbi gəmi vahidlərinə malikdir.
Bunlardan ümumi 47 vahid olmaqla, 1 freqat, 4 sualtı qayıq, 23
sahilyani müdafiə qayıqları, 7 minaatan rəsmi olaraq qeyd
edilib.
Ümumilikdə 106 ölkənin ordu gücü hesablandığı
reytinqdə Ermənistan ümumiyyətlə yer almayıb. Reytinqdə Qazaxstan
80, Belarus 52, Gürcüstan 64, Estoniya 96-cı yer almaqla ABŞ,
Rusiya, ÇXR, Hindistan, Böyük Briyaniya, Fransa, Almaniya, Türkiyə,
Cənubi Koreya və Yaponiya ilk onluqdadır.
Qeyd edildiyi kimi reytinqin hazırlanmasında
Amerikanın mərkəzi kəşfiyyat idarəsinin CIA.gov, CIA World Factbook
və wikipedia.com saytları olmaqla KİV xəbərləri və sair
məlumatlardan istifadə olunub.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO