İraq qırıcıları İŞİD-in Mosuldakı qərargahını bombaladı
Bizi izləyin

Dünya

İraq qırıcıları İŞİD-in Mosuldakı qərargahını bombaladı

İraq Hərbi Hava Qüvvələrinin qırıcıları “İraq Şam İslam Dövləti”nin (İŞİD) Mosul şəhərindəki qərargahına ilk zərbələri endirib.

Publika.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İraqın qırıcılarının hədəfi Mosul Universitetinin şəhərciyi olub.

Universitet şəhərciyində İŞİD silahlılarının gizləndiyi bildirilir. Yerli mənbələrin məlumatına görə, təşkilatın silahlıları şəhərciyə daxil olmağa icazə vermədiyi üçün ölən və yaralananların sayı məlum deyil.

Mosul sakinlərinin öz evlərini tərk etmədikləri xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm