İsrail qırıcısı fələstinli deputatın evini vurdu
Bizi izləyin

Dünya

İsrail qırıcısı fələstinli deputatın evini vurdu

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları fələstinli deputat İsmail əl-Aşkarın Qəzzadakı evinə zərbə endirib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, deputatın evi tamamilə dağılıb.

Zərər çəkənin olmadığı bildirilir.

Xatırladaq ki, İsrailin Qəzzaya qarşı hava əməliyyatı 7 iyulda başlayıb. Dünən əməliyyatlar 6 saatlıq dayandırılsa da, HƏMAS-ın atəşkəs şərtlərinə əməl etmədiyini əsas gətirən İsrail Qəzzaya yenidən hava zərbələri endirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm