Moskvada növbəti oğru “sxodkası” dağıdıldı
Bizi izləyin

Dünya

Moskvada növbəti oğru “sxodkası” dağıdıldı

Moskva polisi növbəti oğru “sxodkasının” (toplantı) keçirilməsinin qarşısını alıb.

Publika.az Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, toplantıya müxtəlif qruplaşmaların 68 nümayəndəsi qatılıbmış.

“Sxodka”nın əsas təşkilatçısı 31 yaşlı Tacikistan vətəndaşı olub. O, Moskva vilayəti üzrə çoxsaylı quldur basqınlarında şübhəli bilinir. Axtarış zamanı saxlanılanların bəzilərinin üzərindən odlu və soyuq silah da tapılıb.

Tutulanlar arasında azərbaycanlı kriminal avtoritetlərin olub-olması barədə hələlik məlumat verilmir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm