ABŞ-ın Ukrayna hərbçilərinə göndərdiyi “bronjiletlər” zay çıxdı
Bizi izləyin

Dünya

ABŞ-ın Ukrayna hərbçilərinə göndərdiyi “bronjiletlər” zay çıxdı

Amerikanın göndərdiyi “bronjiletlər” standartlara uyğun deyil.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkənin şərqini separatçılardan təmizləyən döyüşçülər müdafiə nazirliyinə Amerika istehsalı olan “bronjilet”lərin zəif və standartlara uyğun olmamasından şikayətləniblər.

Döyüşçülərin sözlərinə görə, bu yaxınlarda Müdafiə Nazirliyi onlara ABŞ-dan yardım kimi 23 “bronijilet” göndərib:”Bəli, bu jiletlər rahatdı. Ancaq nə olsun? AK-74 avtomatından buraxılmış 5.45 və 7.62 kalibrili güllələrdən xilas etmir. Halbuki təlimatda yazılıb ki, jiletlər 7.62 kalibrli gülləyə davam gətirməlidi.

Ukrayna Müdafiə Nazirliyi isə ittihamları qəbul etmir və bildirib ki, ümumilikdə ABŞ Ukraynaya 2000 “bronijilet” verib. Bu jiletlərdən ABŞ hərbçiləri İraq müharibəsində müvəffəqiyyətlə yararlanıblar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm