Ərdoğan Fətullah Gülənin qardaşı oğlunun mükafatını vermədi
Bizi izləyin

Dünya

Ərdoğan Fətullah Gülənin qardaşı oğlunun mükafatını vermədi

Türkiyənin Təhsil Nazirliyi təşkil etdiyi müsabiqənin qalibi olan şəxsə mükafat verməkdən imtina edib. Səbəb həmin şəxsin Fətullah Gülənin qardaşı oğlu olmasıdır.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik tərəfindən təşkil edilən qısametrajlı film müsabiqəsinin qalibi Fətullah Gülənin qardaşı oğlu Sələmə Gülən olub.

Sələmə Gülənin Fətullah Gülənin yaxın qohumu olduğunu bilən nazirlik baş nazir Ərdoğanın da qatılacağı mükafatlandırma mərasimini ləğv edib. Nazirlik bununla bağlı heç bir açıqlama verməyib.

“Yetkin Öyrənmə Layihəsi” müsabiqəsinin qalibi olan Sələmə Gülən 15 min türk lirəsi (təxminən 5500 manat) məbləğindəki mükafatını da ala bilməyib. Nazirliyin təşkilatçılığı ilə qalib filmin Avropa Birliyi fondları çərçivəsində təşkil olunan tədbirlərdə də nümayiş etdirilməsi planlaşdırılmışdı.

Qeyd edək ki, Ərdoğan hökuməti Fətullah Gülənin liderlik etdiyi “camaat”a qarşı açıq şəkildə mübarizə aparacağını dəfələrlə bəyan edib. “Camaat”a məxsus məktəblərin hökumət tərəfindən bağlanması, dövlət idarələrindəki “gülənçilər”in işdən çıxarılması istiqamətində ardıcıl və sistemli işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm